Azərbaycan badminton üzrə Avropa çempionatında ilk dəfə 4 kateqoriyada təmsil olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Aprel 8-13-də Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasən qitə çempionatında iştirak hüququ qazanıb.Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında şəxsi kateqoriyada həm İspaniya, həm də İngiltərədən olan rəqiblərinə qalib gələn Edi Reski Dviçayo 25537 xalla yarışa vəsiqəni təmin edib.
Bakıdakı çempionatında İngiltərə və Danimarkadan olan rəqiblərini məğlub etməklə reytinq xalını 28347-yə yüksəldən Keişa Fatimə Zəhra isə qadınların şəxsi mübarizəsində iştirak etmək hüququ qazanıb. Hər iki badmintonçumuz püşk zamanı səpələnmişlər siyahısında yer alacaq.
Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu tandeminin toplanan 14595 reytinq xalı sayəsində müvafiq kateqoriyada qitə çempionatında qüvvəsini sınayacaq. Qarışıq qoşa kateqoriyasında isə bu imkanı 10171 reytinq xalına sahib Cahid Əlhəsənov və Həcər Nuriyeva cütü əldə edib.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa çempionatlarında bütün kateqoriyalar üzrə mütəmadi iştirakını təmin etməkdir.
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”