Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
25.06.2023 - 08:37
Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI

Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, iyunun 25-də 33 medal dəsti sahibini tapacaq.

Avropa Oyunlarının beşinci günündə tamaşaçılar 17 növdə mübarizəyə şahid olacaq. 

Onlardan dördündə - sinxron üzgüçülük, atletika, padel və qayayadırmanmada yarışlara yekun vurulacaq. Dağ velosipedinin yeganə yarış günü də baş tutacaq.

Bu beş növdən başqa, suyatullanma, kamandan oxatma, atıcılıq və taekvondada da medal dəstləri sahibini tapacaq. Həmçinin, qılıncoynatmada ilk gün mükafatlandırma ilə başa çatacaq.

Muşketyorlar kimi müasir beşnövçülük, reqbi-7 və muay-tayda da mübarizəyə start veriləcək. Bu iki növdəki kimi stolüstü tennis və boksda yarışlar davam edəcək.

Azərbaycan idmançıları bu növlərdən boks, taekvondo, qılıncoynatma, muay-tay və atıcılıqda qüvvəsini sınayacaq. 

25 iyun
Boks

15:45. Kişilər, 63,5 kq, 1/8 final
Malik Həsənov – Din Klinsi (İrlandiya)
16:15. Kişilər, 71 kq, 1/16 final
Sərxan Əliyev – Mixal Takacs (Slovakiya)
17:15. Kişilər, +92 kq, 1/16 final
Məhəmməd Abdullayev – Uğur Aydemir (Türkiyə)

Taekvondo
Qadınlar, 67 kq, 1/8 final
11:36. Fəridə Əzizova - Atanasia Mitsopoulou (Yunanıstan)
Kişilər, 74 kq, 1/8 final
12:35. Eltac Qafarov - Lukaş Çudnoç (Polşa)

Qılıncoynatma
15:00. Kişilər, sablya, qrup mərhələsi
Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev

Atıcılıq
11:00. Qadınlar, skit, təsnifat mərhələsi, 2-ci gün
Regina Meftahətdinova, Nurlana Cəfərova
11:15. Qadınlar, tapança, 25 m, təsnifat mərhələsi
Nigar Nəsirova
17:45. Qadınlar, skit, final mərhələsi

Muaytay
Kişilər, 67 kq, 1/4 final
16:25. Xəyal Əliyev – Giorgi Kleyn (Gürcüstan)
Kişilər, 71 kq, 1/4 final
18:10. Məhəbbət Hümbətov – Yakub Rajevski (Polşa)
Qadınlar, 57 kq, 1/4 final
19:10. Aysun Dərvişova – Zelyana Pitesa (Xorvatiya)
Qadınlar, 63,5 kq, 1/4 final
20:10. Emiliya Rzayeva – Nora Kornoll (Fransa)

0