Misli Premyer Liqasının XV turunun "Sabah" - "Səbail" matçından (1:0) sonra qonaqların baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.
"Rəqibi təbrik edirəm. Oyunun çətin olacağı məlum idi. Çünki heyətimizlə bağlı problem var. Geniş də heyətimiz yoxdur. Ən çox əziyyət çəkdiyimiz məqam da hücumdadır. Hücumda çox "dişsiz"ik. Oyun şəkli var. Hücum fazasında çox çatışmazlıq var. Bu da hücumçuların olmaması ilə bağlıdır. Üzərimizə düşən vəzifə odur ki, qışa qədər səbr edəcəyik. Çalışacağıq ki, növbəti oyunda nəticə əldə edək. Çətin olsa da, başqa şansımız yoxdur".
- Rəhbərlik sizə nə söz verib? Transfer mənasında...
- Komandaya hücumçu çox vacibdir. Transferlərlə bağlı iş gedir. Bəyəndiyimiz oyunçular var. Açıqlaya bilmərəm. Konkret bir şey yoxdur. Danışıqlar gedir. Zamanla hər şey bəlli olacaq.
- 1-2 futbolçu transfer edəcəksiz?
- Planımızda daha çoxdur. Sadəcə hələ bəlli deyil. Zədəlilərimiz də çoxdur. Madi və Sofir 4 gündür ki, komandaya qoşulublar. Mən gələnə qədər 7 futbolçu zədəli idi. Ayman Boualinin zədəsi bir həftə sürəcək. Heyətlə bağlı durum ürəkaçan deyil.
- Birdən-birə bu qədər futbolçunun zədəli olması nə ilə bağlıdır?
- Mənə qədər olan zədə problemidir. Mən bu haqda danışmağı düzgün hesab etmirəm. Səbəbləri nədir deyə. Fakt odur ki, bu qədər futbolçumuz zədəlidir. Səbəblər haqda danışmaq istəmirəm.
- "Turan Tovuz"un zədəli müdafiəçisi: "Azarkeşlər mənə çox böyük güc verdi"
- Tallison: "Samir Abasov "Neftçi"də hər şeyi dəyişəcək"
- KL: Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
- “Dinamo”nun baş məşqçisi: “Neftçi”ni xüsusi diqqətdə saxlayıram”
- "Neftçi" və "Qarabağ" millimizin forvardı üçün yarışacaq