Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
26.06.2023 - 08:37
Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI

Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, iyunun 26-da 12 medal dəsti sahibini tapacaq.

Bununla da oynanılan medal dəstlərinin sayı 140-a çatacaq. Avropa Oyunlarının altıncı günündə tamaşaçılar 12 növdə mübarizəyə şahid olacaq. 

Taekvondo üzrə yarışlara yekun vurulacaq. Bu növdən başqa, stolüstü tennis, qılıncoynatma, atıcılıq və suyatullanmada medal dəstləri sahibini tapacaq. 

Badminton və brekdans növlərində mübarizəyə start veriləcək. Bu iki növdəki kimi reqbi-7, muaytay, müasir beşnövçülük, boks və kamandan oxatmada yarışlar davam edəcək.

Azərbaycan idmançıları bu növlərdən boks, taekvondo, muaytay, badminton və atıcılıqda qüvvəsini sınayacaq. 

26 iyun
Boks

16:15. Qadınlar, 66 kq, 1/8 final
Şəhla Allahverdiyeva – Oşin Deriyuv (Belçika)
Kişilər, 51 kq, 1/8 final
21:45. Məsud Yusifzadə - Atilla Bernat (Macarıstan)
22:00. Kişilər, 80 kq, 1/8 final
Murad Allahverdiyev – Nikita Niysted (Finlandiya)

Taekvondo
11:36. Kişilər, 87 kq, 1/8 final
Taleh Süleymanov - Aleksander Baçman (Almaniya)

Atıcılıq
11:00. Qadınlar, tapança, 25 m, təsnifat mərhələsi
Nigar Nəsirova

Muaytay 
Kişilər, 67 kq, 1/2 final
17:10. Xəyal Əliyev - Oskar Siqert (Polşa)
Qadınlar, 57 kq, 1/2 final
18:40. Aysun Dərvişova - Patrisiya Axlinq (İsveç) 
Qadınlar, 63,5 kq, 1/2 final
19:10. Emiliya Rzayeva - Tereza Steçova (Çexiya) 

Badminton
11:30. Kişilər, fərdi yarışlar, qrup mərhələsi
Edi Reski Dviçayo
11:30. Qadınlar, fərdi yarışlar, qrup mərhələsi
Keyşa Fatimə Zəhra
11:30. Kişilər, cütlər, qrup mərhələsi
Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni
11:30. Qadınlar, cütlər, qrup mərhələsi
18:00. Era Məftuha, Keyşa Fatimə Zəhra 

0