Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
28.06.2023 - 08:37
Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI

Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, iyunun 28-də 11 medal dəsti sahibini tapacaq.

Bu, yarışın arxada qalan hissəsində ən aşağı göstəricidir. Bununla da oynanılan medal dəstlərinin sayı 177-yə çatacaq. Avropa Oyunlarının səkkizinci günündə tamaşaçılar 12 növdə mübarizəyə şahid olacaq. 

Suyatullanmada yarışlara yekun vurulacaq. Bu növdən başqa, qılıncoynatma, atıcılıq, dağdan tramplinlə tullanma, kamandan oxatma və triatlonda medal dəstləri sahibini tapacaq. Həmçinin, start götürəcək teqbalda ilk qaliblər bəlli olacaq.

Çimərlik futbolu, stolüstü tennis, badminton, boks və müasir beşnövçülükdə yarışlar davam edəcək.

Azərbaycan idmançıları bu növlərdən boks, çimərlik futbolu, triatlon, qılıncoynatma və badmintonda qüvvəsini sınayacaq. 

28 iyun
Boks

17:30. Kişilər, 80 kq, 1/4 final
Murad Allahverdiyev – Hambardzum Hakobyan (Ermənistan)
21:00. Qadınlar, 57 kq, 1/4 final
Məhsəti Həmzəyeva-Ağamalıyeva – Amina Zidani (Fransa)
22:15. Kişilər, 71 kq, 1/4 final
Sərxan Əliyev – Makan-Vie Traore (Fransa)
22:45. Kişilər, +92 kq, 1/4 final
Məhəmməd Abdullayev - Stilianos Poulias (Yunanıstan)

Triatlon
12:00. Kişlər
Rostislav Pevtsov

Qılıncoynatma
12:00. Kişilər, sablya, komanda yarışları, 1/8 final
Macarıstan – Azərbaycan

Çimərlik futbolu
A qrupu, II tur
18:00. Portuqaliya - Azərbaycan

Badminton
11:30. Kişilər, fərdi yarışlar, qrup mərhələsi, III tur
Edi Reski Dviçayo - Danilo Bosnyuk (Ukrayna)
11:30. Qadınlar, fərdi yarışlar, qrup mərhələsi, III tur
Keyşa Fatimə Zəhra - İvonna Li (Almaniya)
17:00. Qadınlar, cütlər, qrup mərhələsi, III tur
Era Məftuha, Keyşa Fatimə Zəhra - Serena Au Yonq və Katarina Hoçmeyr (Avstriya)
17:00. Kişilər, cütlər, qrup mərhələsi, III tur
Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni - Coşua Maqi və Pol Reynolds (İrlandiya)

0