Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, iyulun 1-də 26 medal dəsti sahibini tapacaq.
Bununla da oynanılan medal dəstlərinin sayı 223-ə çatacaq. Avropa Oyunlarının 11-ci günündə tamaşaçılar 12 növdə mübarizəyə şahid olacaq.
Çimərlik futbolu, triatlon, müasir beşnövçülük, teqbal, dağdan tramplinlə tullanma və stolüstü tennisdə yarışlara yekun vurulacaq. Həmçinin, bir günlük mübarizəyə start verən cüdoçular Avropa Oyunlarında çıxışını da başa vuracaq.
Bu növlərdən başqa, boks, atıcılıq, kanoe-slalom və badmintonda da medal dəstləri sahibini tapacaq. Kikboksinqdə isə yarışlar davam edəcək.
Azərbaycan idmançıları bu növlərdən çimərlik futbolu, cüdo və kikboksinqdə qüvvəsini sınayacaq.
1 iyul
Cüdo
12:00. Qarışıq komanda yarışları, 1/16 final
Azərbaycan - Çexiya
Azərbaycan (Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova)
Kikboksinq
13:15. Kişilər, full kontakt, 63,5 kq, yarımfinal
Fərid Ağamoğlanov - Milton Ameriko Barrios Qalaretta (Norveç)
Çimərlik futbolu
16:00. Kişilər, 5-ci yer uğrunda oyun
Moldova – Azərbaycan
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”