Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
02.07.2023 - 08:37
Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI

Bu gün Polşada keçirilən Krakov-2023 III Avropa Oyunlarına yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, iyulun 2-də sonuncu 31 medal dəsti sahibini tapacaq.

Avropa Oyunlarının sonuncu - 12-ci günündə tamaşaçılar 5 növdə mübarizəyə şahid olacaq. Boks, atıcılıq, kanoe-sıalom, badminton və kikboksinq yarışlarının yekunlaşmasından sonra Avropa Oyunlarının bağlanış mərasimi baş tutacaq.


Azərbaycan idmançıları son gündə üç növdə qüvvəsini sınayacaq. Təmsilçilərimiz atıcılıq, boks və kikboksinqdə medallar üçün yarışacaq.

2 iyul
Atıcılıq

11:00. Qadın komandalar, trap, təsnifat mərhələsi
Azərbaycan (Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rafixanova)
17:00. Qadın komandalar, trap, final mərhələsi

Kikboksinq
13:15. Kişilər, full kontakt, 63,5 kq, final
Fərid Ağamoğlanov - Damiano Tramontana (İtaliya)

Boks
16:15. Kişilər, +92 kq, final
Məhəmməd Abdullayev - Delişes Ori (Böyük Britaniya)

0