Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika yığmasının heyəti müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, ölkəmiz iyunun 2-dən iyulun 3-dək Krakov şəhərindəki yarışda 15 atletlə təmsil olunacaq.
Avropa Oyunlarında atletika yarışları iyunun 20-dən 25-ə kimi keçiriləcək və 37 dəst medal sahiblərini tapacaq.
Avropa Oyunlarına yollanacaq heyət
Nazim Babayev (uzunluğa tullanma)
Fəxriyyə Tağızadə (uzunluğa tullanma)
Aleksis Kopello (üçtəkanla tullanma)
Yekaterina Sarıyeva (üçtəkanla tullanma)
Anna Skidan (çəkicatma)
İsmayıl Əliyev (nüvəitələmə, lövhəatma)
Əlhəm Nağıyev (100 m, 200 m, 4x100 m, 4x400 m)
Lamiyə Vəliyeva (100 m, 200 m, 400 m)
İlahə Quliyeva (100 m, 200 m, 400 m)
Cavid Məmmədov (400m, 400 m sədlərlə qaçış, 4x400m)
Elman Abışov (5000 m, 1500 m, 800m)
Anna Yusupova 5000 m, 1500 m, 800m)
Aleksey Əliəkbərov (4x100 m, estafet)
Əli Abdiyev (4x100 m, estafet)
Qadir Qurbanov (4x100 m, estafet)
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq