Aynur Rzayeva mübarizəni dayandırdı - FOTO
27.06.2023 - 16:33
Aynur Rzayeva mübarizəni dayandırdı - FOTO

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışlar davam edir. 

Apasport.az saytının məlumatına görə, bu gün “Novı Tarq Arena”da baş tutacaq döyüşlərlə 1/8 final mərhələsinə yekun vurulacaq. 

1/4 finala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Aynur Rzayeva (75 kq) çıxıb. O, İrina Nikoletta Şoenberqerlə (Almaniya) üz-üzə gəlib. 

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Rzayeva ilk raundu xeyrinə bitirsə də, yekunda 0:5 (28:29, 28:29, 28:29, 27:30, 26:30) hesabı ilə uduzaraq, Avropa Oyunlarında çıxışını başa vurub. 

Qeyd edək ki, bu gün daha 4 boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soareslə (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan), Sərxan Əliyev (71 kq) Eskerxan Madiyevlə (Gürcüstan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) döyüşəcək. 

0