Ayxan Abbasovun “Turan"da yubiley oyunu
09.10.2023 - 11:09
Ayxan Abbasovun “Turan"da yubiley oyunu

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib. 

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının IX turuna təsadüf edib. 

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidr. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

Qərblilər bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.

Qeyd edək ki, qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

0