Azarkeşlərdən “Neftçi”nin qapıçısına dəstək
13.12.2023 - 14:14
Azarkeşlərdən “Neftçi”nin qapıçısına dəstək

AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında zədələnən “Neftçi”nin qapıçısı Nurəziz Əzizov müalicəsini davam etdirir. 

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, futbolçu  “Neftçi” PFK-nın sağlamlıq sponsoru olan “Liv Bona Dea hospital”da müalicə alır.

Bu gün “Forza Neftçi” fan klubu da gənc qapıçını ziyarət edib. Azarkeşlər qapıçıya dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, əməliyyat keçirən futbolçu bir neçə günlük müalicə prosesindən sonra evə buraxılacaq.
 

0