Azərbaycan Kuboku: “Turan” üçün son şans - YENİLƏNİR
21.04.2026 - 09:37
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Zirə” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edəcək.
Görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşmada Tovuz təmsilçisi rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
19:00. "Zirə" – "Turan Tovuz"
Baş hakim: Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
0
0