Misli Premyer Liqasının XXVII turunun "Kəpəz" - "Qarabağ" matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan".
- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?
- Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.
- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?
- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.
- Komandanın içində olan problemləri tapa bildiz?
- Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir.
- Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”
- MPL: “Neftçi” - “Turan Tovuz” matçında bərabərlik - YENİLƏNİB
- U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN - FOTO
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib - YENİLƏNİB - FOTO