
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Neftçi" - "Kəpəz" matçından (1:0) sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər komandamızın yanında oldular. Bu, gələcək oyunlar üçün motivasiyadır. Maraqlı matç keçdi. Qollarımızı vura bilmədik. "Neftçi" ilə şanssızlıq anları daha çox olur. Daha çox qol epizodlarını bu matçlarda yaradırıq. Bunun üzərində işləməliyik. Dinamik matç keçdi. Təəssüf ki, uduzduq".
- Növbəti oyunda da "Neftçi" ilə oynayacaqsız. Bu oyunla növbəti matç üçün material yığa bildiz?
- Material hər bir oyunda var. Dördüncü dəfədir ki, "Neftçi" ilə qarşılaşmışıq. Bəzi şeyləri analiz etməyə dəyməz dediyimiz səhvlər var ki, minimuma endirməliyik, qalib gələk. Futbolçular bir şeyləri meydanda daha yaxşı icra etməyə başlayanda daha da yaxşı olur. Çox futbolçunun potensialını bilirik. Oyun intizamı futbolda çox önəmlidir. Son məğlubiyyətlərə səbəb odur.