Azər Məmmədov yenidən "Səbail"də
04.01.2024 - 12:35
Azər Məmmədov yenidən "Səbail"də

"Kəpəz"dən ayrılan Azər Məmmədov "Səbail"də çalışacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. A.Məmmədov baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.

Mütəxəssis 2022-ci ildən 2023-cü yayına kimi "Səbail"də məşqçi kimi çalışıb. 

Qeyd edək ki, A.Məmmədov ötən ilin noyabrında 7:1 hesabı ilə "Qarabağ"a məğlub olduqdan sonra "Kəpəz"dən ayrılıb.

0