Azərbaycan “24-lük”də
15.12.2023 - 15:16
Azərbaycan “24-lük”də

Avrokuboklarda mövsümün ilk yarısı başa çatıb.

Apasport.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarış 2024-cü ildə davam edəcək.

Qitənin 64 klubu üç kubok uğrunda mübarizə aparacaq. Bu komandalardan təxminən yarısı – 31-i “Böyük beşlik” liqalarını təmsil edir.

Ümumilikdə isə 24 ölkədən olan klublar mübarizədən qopmayıb. Azərbaycanı Avropa Liqasında “Qarabağ” təmsil edir. Ağdam klubu pley-offda oynayacaq.

İtaliya - 7
İngiltərə, İspaniya, Almaniya, Fransa – 6
Portuqaliya – 4
Niderland, Belçika, Çexiya – 3
Türkiyə, İsveçrə, Norveç, İsrail, Yunanıstan - 2
Azərbaycan, Şotlandiya, Avstriya, Danimarka, Ukrayna, Polşa, Xorvatiya, Macarıstan, Bolqarıstan, Slovakiya – 1

Qeyd edək ki, Çempionlar Liqasında 16, Avropa Liqası və Konfrans Liqasının hərəsində 24 komanda mübarizəni davam etdirir.
 

0