Azərbaycan bilyardçısı Avropa çempionu olub
17.04.2024 - 11:42

Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Apsport.az xəbər verir ki, təmsilçimiz 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.
Azərbaycanın digər təmsilçisi Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub. Gümüş medala isə Ukrayna bilyardçısı Dmitro Pokotilski layiq görülüb.
Bununla da Azərbaycan yığması turniri 2 medalla başa vurub.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0