Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, idmançılarımız yarışları 34 medalla başa vurublar.
Qazanılan medallardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürünc olub. Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.
Oyunların son günündə boksçularımızdan Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (48 kq) və Vətən Hüseynli (92 kq) bürünc medala layiq görülüblər.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası gümüş medal qazanıb. Şpaqa üzrə qızlardan ibarət komandamız bürünc medala layiq görülüb.
Cüdoçularımız Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) bürünc medala sahib olublar.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib