Azərbaycan çempionatında II dövrənin son oyunlarının vaxtı açıqlandı
22.01.2024 - 14:18
Azərbaycan çempionatında II dövrənin son oyunlarının vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.

Apasport.az xəbər verir ki, Yüksək Liqada X turun qarşılaşmaları yanvarın 23-də və 25-də baş tutacaq.

Yanvarın 23-də GİN-in Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu görüş saat 17:00-da start götürəcək.

Turun digər matçı isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları arasında olacaq. UNEC VK-nın idman zalında baş tutacaq bu qarşılaşma saat 18:00-da başlanacaq.

Tura yanvarın 25-də “Abşeron” - “Azerreyl” matçı ilə yekun vurulacaq. GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da veriləcək.

Qeyd edək ki, bu qarşılaşma ilə Yüksək Liqada 2-ci dövrə başa çatacaq.

Yüksək Liqa

23 yanvar

17:00. “Murov Az Terminal” - “Gəncə”

GİN-nin Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” - UNEC

UNEC VK-nın idman zalı

25 yanvar

18:00. “Abşeron” - “Azerreyl” 

GİN-nin Voleybol Mərkəzi

0