Azərbaycan əsilli güləşçi Avropa çempionatında ilk medalını qazandı
23.04.2023 - 19:52
Azərbaycan əsilli güləşçi Avropa çempionatında ilk medalını qazandı

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionatının mükafatını qazanıb.

Apasport.az-ın məlumatına görə, 24 yaşlı idmançı bürünc medal uğrunda görüşdə rumıniyalı Mihay Mihutsla qarşılaşıb və görüş 1:1 hesabı ilə başa çatıb.

Qazanılan son xal prinsipinə əsasən Nəsibov qalib elan edilib.

Qeyd edək ki, Ağstafanın Muğanlı kəndində doğulmuş Pərviz Nəsibov Tokio Olimpiya Oyunlarının gümüş medalçısı olsa da, bu onun böyüklər arasında ilk Avropa çempionatı medalıdır.  

0