Azərbaycan güləşində REKORDLAR
20.06.2022 - 15:14
Azərbaycan güləşində REKORDLAR

2022-ci ildə güləşdə uğurlu nəticələr sıralanır.

Apasport.az saytının məlumatına görə, Bolqarıstan (U-23) və Macarıstanda (böyüklər) keçirilən qitə birinciliklərində qazanılan qələbələrin davamı Rumıniyada gəldi. 

13-19 iyunda Buxarestdə keçirilən U-17 Avropa çempionatı Azərbaycan güləşi üçün tarixi nəticələrlə yadda qaldı.

Təsadüfi deyil ki, məsul yarışda ölkəmizi təmsil edən 26 idmançıdan 20-si fəxri kürsüyə qalxdı. Rumıniyada 9 dəfə himnimiz səsləndi. Güləşçilərimizin 7-si gümüş, 4-ü isə bürünc medal qazandı. Azərbaycan 3 növün cəmində həm medalların sayına, həm də əyarına görə 1-ci yeri tutdu. 2-ci pillədə Ukrayna (5-1-12), 3-cü pillədə isə Türkiyə (4-7-4) qərarlaşdı.

Göründüyü kimi, bu AÇ Azərbaycan güləşi adına rekordlarla əlamətdar oldu. Həmin rekordlara nəzər salaq:

1. Bu yaş qrupunda ilk dəfə 2 komandamız eyni vaxtda Avropa çempionu oldu.
2. Hər 3 növdə komanda hesabında bu yaş qrupu üzrə güləş tariximizin ən yüksək xalını topladıq.
3. Yunan-Roma güləşində medalların sayına görə (8) yeni rekord müəyyənləşdirildi.
4. Sərbəst güləşdə medalların əyarına görə yeni rekord qeydə alındı.
5. Azərbaycan 3 növün cəmində həm medalların əyarına, həm sayına, həm də ölkələrin ümumi sıralamasına görə öz rekordunu yenilədi.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...