
Futbol üzrə Azərbaycan və Haiti milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Biletlərin qiyməti 2, 5 və 10 (VİP) manat təşkil edir.
Azarkeşlər biletləri "Gənclik Mall", "28 Mall", Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən əldə edə bilər.
Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.
Qeyd edək ki, qarşılaşma martın 22-də, saat 21:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
- Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq"
- Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il