Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Qonaqlar inamlı qələbəyə sevinib.
“Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Qarşılaşma saat 18:00-da start götürüb.
Gərgin keçən matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasında daha dəqiq oynayan “Sabah” 4:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
5 mart (cümə axşamı)
14:30. “Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: X. Silva, 13, H. Hurtado, 51
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
İlk oyun - 1:0
18:00. “Qəbələ” – “Sabah” 3:3 (pen. 2:4)
Qollar: T. Puxaç, 31, 62, İ. Akinade, 88, 90, C. Lens Mikels, 105, N. Rəşidov, 114
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0