
Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə”ylə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb.
Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.
“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin təkrar qeydə alındığı yarımfinaldır. 2021/22 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.
- Şəhriyar Əliyev: "Zirə" son dönəmlərin ən ideal formada olan komandasıdır"
- Son dəqiqə: Bu komanda oyuna getməkdən imtina etdi
- Benziaya Türkiyədən təklif: Qərarı böyük ölçüdə bəllidir
- Abbas Hüseynov: "Romao və Juninyo üçün darıxıram" - Müsahibə
- Ermənistanın futbol klubuna qaçan "Neftçili" -"Mənim üçün çoxdan ölüb"