Azərbaycan millisi “Azersun Arena”da
                    
                    04.10.2023 - 15:49
                        
                    
                    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarının yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamızın Avropa çempionatının seçmə mərhələsində bu ay keçirəcəyi matçlar “Azersun Arena”da keçiriləcək. U-21 oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburqla üz-üzə gələcək.
Qeyd edək ki, öncədən “Dalğa Arena”da keçirilməsi nəzərdə tutulan görüşlərin hər ikisi saat 18:00-da başlayacaq.
                                
                                0
                                
                                0