Azərbaycan millisinin baş məşqçisinin müqavilə müddəti açıqlanıb
25.06.2025 - 15:13

Futzal üzrə Azərbaycan millisinin baş məşqşisi Yevgeni Kukseviçin müqaviləsinin müddəti açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin yığmanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib.
Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.
Qeyd edək ki, "Araz-Naxçıvan" Yevgeni Kukseviçin rəhbərliyi altında Yüksək Liqanın 2024/2025 mövsümünün qalibi olub.
- Bakıda IV Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO
- “Sabah”da yeni təyinat - GÜRCÜSTANLI MÜTƏXƏSSİS RƏHBƏRLİK EDƏCƏK
- “Sumqayıt”ın “Sabah”a vurduğu qol tarixə düşüb
- Gəncədə yeni istifadəyə verilən şəhər stadionuna media-tur keçirilib - FOTO
- Ozobiç Azərbaycan çempionatları tarixinə düşüb
0
0