Azərbaycan millisinin keçmiş futbolçusu dələduzluğa görə tutulub
05.03.2025 - 13:13
Azərbaycan millisinin keçmiş futbolçusu dələduzluğa görə tutulub

“Fight Nights Media League” klubunun yarımmüdafiəçisi Abdulla Abatsiev “Dələduzluq” maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Abatsiyev xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Bu barədə klubun idman direktoru Dmitri Şişkov da məlumat verib.

Şişkovun sözlərinə görə, klub rəhbərliyi Abatsievlə müqaviləni 2024-cü ilin sonunda uzatmaq qərarına gəlib və qarşıdan gələn Media Liqası mövsümündə ona ümid bəsləyirdi.

“Abanın futbolu bitib. O, qanunu pozdu və 10 ildən çox həbs cəzası ala bilər. 

Təəssüf ki, onu itirdik. Cinayəti qətl olmasa da, maliyyə ilə bağlıdır”, - Şişkov bildirib.

Qeyd edək ki, Abatsiev Bakının "İnter" klubunda və Azərbaycan millisinin heyətində oynayıb, 2014-cü ildə ABŞ komandası ilə yoldaşlıq görüşündə çıxış edib. O, bir neçə il əvvəl Azərbaycan vətəndaşlığından imtina edib.