Aprelin 19-20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dünya Etnosport Konfederasiyasının VII Beynəlxalq Forumu keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, bir sıra ölkələrin idman nazirləri və idman sahəsinə məsul nümayəndələri iştirak ediblər.
Forumda Azərbaycanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov və Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndəsi Müzadil Həsənov təmsil ediblər.
Tədbir çərçivəsində 6-cı ənənəvi idman mükafatlarının təqdimetmə mərasimi də baş tutub. Azərbaycan Atçılıq Federasiyası etnosportun inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək