Futbol üzrə milli çempionatların reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəli İFFHS tərtib edib.
Azərbaycan Premyer Liqası dünyada 41-cidir. Çempionatımız 349,25 xala malikdir.
Misli Premyer Liqası ötən illə müqayisədə 19 pillə irəliləyib.
Ölkəmizin keçdiyi liqalar sırasında İsveç, Polşa, Bolqarıstan, İsveçrə, Macarıstan, Sloveniya, İran, Ukrayna və Rusiya çempionatları da var.
Qardaş Türkiyə çempionatı 2 pillə irəliləyişə nail olub. Superliqa 582,5 xalla 15-cidir.
Qeyd edək ki, siyahıya Braziliya başçılıq edir – 1181 xal. İngiltərə 1086 xalla ikinci, İspaniya 967 xalla üçüncüdür.
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri