Azərbaycan Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatdı - YENİLƏNİB
12.06.2022 - 16:38
Azərbaycan Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatdı - YENİLƏNİB

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən mövsümün səkkizinci mərhələsində “Red Bull” komandasının pilotu Maks Ferstappen birinci yeri tutub.

Ötən il Bakıdakı yarışda qəza törədən niderlandlı pilot bu dəfə finişə birinci çatıb. O, keçənilki Azərbaycan Qran-prisinin qalibi olan komanda yoldaşı Serxio Peresi qabaqlayıb.

“Ferrari”nin pilotları Karlos Sayns və Şarl Leklerin yarışı erkən dayandırmasından yararlanan Corc Rassell (“Mercedes”) üçüncü olub.

Finişə 20 pilotdan 15-i çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 4 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”), Valtteri Bottas (“Mercedes”) və Serxio Peres (“Red Bull”) qalib adına yiyələnib.

***

Saat. 15:00

“Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb.

Apasport.az saytının məlumatına görə, sonuncu gündə əsas mübarizə başlayıb.

Təxminən 2 saatlıq yarışın ardından qalib müəyyənləşəcək. 10 komandanın heyətində 20 pilot finişə birinci çatmaq uğrunda mübarizəyə qoşulub.

Azadlıq meydanından start götürən yarışın finiş xətti də eyni məkan olacaq. Bolidlər buradan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, dünən keçirilən sıralama turunda “Ferrari”nin pilotu Şarl Lekler hamını qabaqlayıb. “Red Bull” komandasından Serxio Peres və Maks Ferstappen müvafiq olaraq 2-3-cü yerlərdə başlayıb.
 

0