Bu gün Bakıda start götürən "Formula 1" Azərbaycan Qran-Prisinin qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir.
Apasport.az xəbər verir ki, yarışı 300-ə yaxın media nümayəndəsi işıqlandıracaq. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlərdir. Dünya media nəhəngləri "Sky Sports", "Motorsport", "Canal+", "Netflix", "The Sun" və digərləri bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq.
Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəz jurnalistlərin artıq ixtiyarındadır. Yarış həftəsi, çərşənbə günündən etibarən fəaliyyətə başlayan Mərkəzdə yerli və xarici media mənsubları Media Akkreditasiya Mərkəzinin və Media Mərkəzinin xidmətlərindən faydalanır. Həmçinin mərkəzdə komandaların mətbuat konfransları keçirilir. Jurnalistlər sorğularını Mərkəzin qəbul-sorğu masalarına yönəldə bilirlər. Media Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydada təsis edilir.
Qeyd edək ki, 2023 -cü il Formula 1 Azərbaycan Qran-Prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib. Formula 1 tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən 2022-ci ildə bu rəqəm 59 milyon olub. Azarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakı göstəricini nəzərə alaraq, bu il Azərbaycan Qran-Prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağı istisna deyil.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib