İsveçrənin Lozanna şəhərində Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.
Apasport.az xəbər verir ki, sənədi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Polşa Milli Antidopinq Agentliyinin rəhbəri Mixal Rinkovski imzalayıblar.
Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq
Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək.
Bundan əlavə, Memorandum çərçivəsində gələcəkdə müxtəlif sahələri əhatə edən spesifik ikitərəfli müqavilələrin imzalanması da planlaşdırılır ki, bu da əməkdaşlığın davamlı və sistemli şəkildə inkişafını təmin edəcək.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib