21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan millimiz ötən il Sumqayıtda heç-heçə etdiyi (1:1) Finlandiyanın qonağı olub.
İyunun 3-də səfərdə Estoniyanı 5 cavabsız qolla üstələyən Milan Obradoviçin yetirmələri eyni uğuru Helsinkidəki qarşılaşmada təkrarlaya bilməyib. Komandamız qrup birinciliyinə iddia edən Finlandiya önündə aciz qalıb. 48-ci dəqiqədə - hesab 0:0 olarkən Musa Qurbanlı penaltidən yararlana bilməyib. Bundan sonra 3 qol buraxan yığmamız rəqibinə böyük hesabla məğlub olub.
Bu nəticədən sonra 7 xalda qalan Azərbaycan yığması qrupda son oyununu iyunun 14-də Drammendə Norveçə qarşı keçirəcək.
U-21-lər arasında AVRO-2023
Seçmə mərhələ, A qrupu
17:00. Finlandiya – Azərbaycan - 3:0
Qollar: Naatan Skitta, 50, Oliver Antman, 55, Aqon Sadiku, 80
Baş hakim: Jasmin Sabotiç (Lüksemburq)
Helsinki, “Helsinki” stadionu
1 |
Xorvatiya |
9 |
6 |
1 |
2 |
21-10 |
19 |
2 |
Finlandiya |
9 |
6 |
1 |
2 |
18-11 |
19 |
3 |
Norveç |
8 |
6 |
0 |
2 |
22-10 |
18 |
4 |
Avstriya |
10 |
5 |
1 |
4 |
22-13 |
16 |
5 |
Azərbaycan |
9 |
2 |
1 |
6 |
11-22 |
7 |
6 |
Estoniya |
9 |
0 |
0 |
9 |
0-28 |
0 |