Azərbaycan yığmasının keçmiş üzvü “Araz Saatlı”nın baş məşqçisi oldu
10.10.2023 - 21:43
Azərbaycan yığmasının keçmiş üzvü “Araz Saatlı”nın baş məşqçisi oldu

I Liqada mübarizə aparan “Araz Saatlı” futbol klubunun yeni baş məşqçisinin adı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə bu barədə, klubdan açıqlama verilib. 

Komandaya Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyev rəhbərlik edəcək. Bu gün kollektivə təqdim olunan təcrübəli mütəxəssis futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarında çıxış edib. Quliyev Iranda “İstiqlal” və “Sanat-Naft” klublarında legioner həyatı yaşayıb. “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb. 
Baş məşqçi kimi “Ağsu”nu çalışdırması ilə tanınıb. O, 2012-2019-cu illərdə “Ağsu”ilə 1-ci divizonda bir dəfə 1-ci, bir dəfə 2-ci, iki dəfə üçüncü yer tutub. 

Qeyd edək ki, Rüfət Quliyevlə mövsümün sonunadək müqavilə imzalanıb. O, oktyabrın 19-da Saatlı OİK-də “Difai Ağsu”ya qarşı oyunda komandada debüt edəcək.
 

0