Azərbaycanda danışılmış oyun yoxdur – HESABAT
02.02.2023 - 14:12
Azərbaycanda danışılmış oyun yoxdur – HESABAT

Danışılmış olduğu ehtimal edilən ölkələrin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2022-ci ildə 61 ölkədə şübhəli matçlar keçirilib.

Bu, Mərc Oyunlarının Vicdanlılığı Beynəlxalq Assosiasiyasının (İBİA) 2022-ci il üçün hesabatında əksini tapıb. Azərbaycan bu siyahıya düşməyib. Yəni ölkəmizdə danışılmış şübhəsi olan qarşılaşma tapılmayıb.

ABŞ belə görüşlərdə rekordçudur. Burada 20 qəribə matç aşkarlanıb.

Böyük Britaniyada 13, Almaniya və Hindistanda 12 oyunda danışılmış şübhəsi var. 

Ümumilikdə, Avropada 126, Asiyada 51, Afrikada 25, Şimali Amerikada 22, Cənubi Amerikada 19, Okeaniyada 1 belə qarşılaşma təşkil olunub. Digər 24 oyun kiberidmanda təşkil olunduğu üçün bölgə üzrə bölünməyib.

1. ABŞ - 20
2. Böyük Britaniya - 13
3-4. Almaniya - 12
Hindistan - 12
5-6. İtaliya - 11
Polşa – 11
7. Bolqarıstan – 9
8-9. İspaniya - 8
Fransa - 8
10-11. Türkiyə - 7
Braziliya – 7
12. Gürcüstan - 6
 

0