
İyulun 9-da Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Apasport.az xəbər verir ki, iclasda Kollegiya “Öyrədənlər platforması” barədə təqdimat dinlənilib və layihənin icra edilməsi barədə qərar qəbul edilib. Həmçinin 2024-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı müzakirə olunaraq səsvermə ilə təsdiqlənib.
Tədbirdə həmçinin idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb və nazirliyin kollegiya qərarı ilə Ramal Əsgərov, İlqar Tağıyev "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülüblər.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB