Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
05.07.2026 - 18:31
Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək

İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U-23 yaş kateqoriyaları üzrə Avropa çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 velosipedçimiz çıxış edəcək.

Diqqət çəkən əsas məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır - Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alıb.

U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.