
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək.
Apasport.az xəbər verir ki, o, Türkiyədə yerli "Fənərbaxça" və İtaliyanın "Montsa" komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq. O, “Levski” (Bolqarıstan) - “Lüneburq” (Almaniya) duelində hakimlərin işinə qiymət verəcək. Həmin qarşılaşma saat 22:00-da başlayacaq
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- AFFA nümayəndəsi Almaniyada tədbirə qatılıb
- "Neftçi"nin yeni üçüncü forması - FOTO
- "Neftçi" Qarabağ zəfərinə həsr edilmiş səfər formasını təqdim edib - FOTO
- Hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir