Bu gün Bakı şəhərinin “Dünya İdman Paytaxtı” “World Capital of Sports” elan olunmasına həsr edilmiş rəsmi təqdimat mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin binasında baş tutub.
Mərasimdə müxtəlif idman federasiyalarının nümayəndələri, eləcə də dövlət qurumlarının rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər yer alıblar.
Təqdimat zamanı paytaxt Bakının idman sahəsində beynəlxalq nüfuzunun yüksəlməsi, şəhərin nüfuzlu beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi, eləcə də bu istiqamətdə gələcək perspektivlər barədə ətraflı məlumat verilib.
Tədbirdə ACES – Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının nümayəndə heyəti də iştirak edib. Qurumun prezidenti Gian Francesco Lupattelli, baş katibi Hugo Alonso, eləcə də Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri İzabel Klaudio Aline Bonnal mərasimdə iştirak edən qonaqlar arasında olublar.
Qeyd edək ki, 2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub.
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib