Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir.
Apasport.az xəbər verir ki, bu gün dialoqun rəsmi açılış mərasimi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və qısa videoçarxın nümayişi ilə başlayıb.
Açılışda Gənclər və İdman Naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir çıxış ediblər.
Açılış sessiyası iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsi ilə davam edib.
Dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
- Həmyerlimiz Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib
- Yüksək Liqada təyinatlar açıqlanıb