Bakıda dünya çempionatının başlamasına 7 gün qaldı
22.05.2023 - 16:40
Bakıda dünya çempionatının başlamasına 7 gün qaldı

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına 7 gün qalıb.

Apasport.az xəbər verir ki, bir çox beynəlxalq idman yarışına yüksək səviyyədə ev sahibliyi edən ölkəmizdə bu dəfəki mundial əlamətdarlığı ilə də fərqlənəcək. 

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri 
Bakıda qeyd olunacaq. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda baş tutacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.

Yarışlarda dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən 1000-ə qədər taekvondoçu qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması 
nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.
 

0