Bakıda keçiriləcək Dünya Kubokunda 33 ölkə iştirak edəcək
16.01.2024 - 11:26
Bakıda keçiriləcək Dünya Kubokunda 33 ölkə iştirak edəcək

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı müəyyənləşib. 

Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, 33 ölkənin iştirak edəcəyi yarış fevralın 23-25-i aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Dünya Kubokunda Azərbaycan millisi ilə yanaşı, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İtaliya, Yaponiya, Qazaxıstan, Latviya, Meksika, Niderland, Yeni Zelandiya, Çin, Polşa, Portuqaliya, Cənubi Afrika, İspaniya, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan gimnastları mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

0