
“Qarabağ”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, hücumçu axtarışını davam etdirən Ağdam təmsilçisi Frank Bolini transfer edə bilər.
“Ferensvaroş”un 29 yaşlı forvardı Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları zamanı Qurban Qurbanovun diqqətini cəlb edib. Boli Bakıdakı ilk qarşılaşmada (1:1) komandasının yeganə qolunun müəllifi olub.
Lakin Fil Dişi Sahilindən olan hücumçu “Qarabağ” üçün ehtiyat variant sayılır. Klub rəhbərliyi istədiyi digər forvardlarla danışıqları müsbət yekunlaşa bilməsə, Boli variantı gündəmə gələcək. Ağdamlılar “Ferensvaroş”un üzvünü ən azı icarəyə götürməyə cəhd edəcək.
Qeyd edək ki, Frank peşəkar karyerasına Norveçin “Stabek” klubunda başlayıb. “Lyaonin Huvin”(Çin) və “Olesun”da da çıxış edən hücumçu 2019-cu ildə “Ferensvaroş”a keçib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb
- Azərbaycan millisinin üzvü Avropa yolunda: Razılıq əldə olundu
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- AFFA nümayəndəsi Almaniyada tədbirə qatılıb