Bakıda səyyar modul - FOTOLENT
30.05.2023 - 12:06
Bakıda səyyar modul - FOTOLENT

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində mayın 27-dən 31-dək Rusiya nümayəndə heyətinin Bakıya səfəri başlayıb.

Apasport.az saytının məlumatına görə, proqram çərçivəsində Avropa İdman Menecmenti Assosiasiyasının prezidenti, Böyük Britaniyanın Brunel Universitetinin professoru Vassil Qirqinov, Koventri Universitetinin professoru Amanda Pinkney, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru Nikolay Peşin kimi beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə MGİMO-nun tələbələri üçün səyyar modul təşkil olunub.

Mayın 29-da modul proqramının açılış mərasimi keçirilib. Rusiya Olimpiyaçılarına Dəstək Fondunun və MGİMO-nun İdman Diplomatiyası Mərkəzinin təhsil proqramının rəhbərləri E.Q.Belyakova və Y.B.Ostaşova iştirakçıları Bakı modulunun strukturu və məzmunu ilə tanış ediblər. Daha sonra modul iştirakçıları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını və Su İdmanı Sarayını ziyarət edərək idmançıların məşq prosesi ilə, eləcə də bu qurumların idarəetmə sistemi ilə tanış olublar. Bundan başqa, onlar Bakıda keçirilən və dünya taekvondosunun 50 illiyinə həsr edilən dünya çempionatının açılış mərasimini də canlı izləyiblər.

Qeyd edək ki, Bakıda təşkil olunan səyyar modulu mayın 31-dək davam edəcək.

0