"Barselona" "Mançester Yunayted"in hücumçusunu almaq istəyir
12.03.2024 - 10:56
"Barselona" "Mançester Yunayted"lə danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, klubların idman direktorları arasında görüş baş tutub.
Kataloniya təmsilçisi daha əvvəl "qırmızı şeytanlar"ın hücumçusu, hazırda İspaniyanın "Xetafe"sində icarədə olan Meyson Qrinvudun mümkün transferini müzakirə edib. Futbolçunun mankunianlarla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Qeyd edək ki, bu mövsüm Meyson 26 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
0
0