"Barselona"da ayrılıq
10.12.2023 - 21:06
Markos Alonso mövsümün sonunda "Barselona"dan ayrılacaq.
Apasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Kataloniya klubu ilə razılaşmasını artırmaq istəmir.
İspaniya millisinin də şərəfini qoruyan arxa xətt oyunçusunun komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Markos “Barselona” forması ilə oyunlara az çıxdığı üçün bu addımı atır. O, daim oynayacağı bir komandaya getmək istəyir.
Qeyd edək ki, Alonso bu mövsüm 7 matçda cəmi 299 dəqiqə iştirak edib.
- Rəşad Sadıqov: “Avrokuboklar bizim əsas məqsədimizdir”
- Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
- “Zirə”dən minimalhesablı qələbə - YENİLƏNİB
- Jorj Kaşkilya: “Azarkeşlərin "Qarabağ"ı dəstəkləməsi oyunçularıma motivasiya verirdi”
- Qurban Qurbanov: “Belə meydançada oynamağa necə icazə verilir?”
0
0