"Bavariya" hücumçusu ilə ayrıla bilər
08.01.2024 - 15:54
"Bavariya" hücumçusu ilə ayrıla bilər

"Bavariya"nın hücumçusu Erik Çoupo-Motinq klubu tərk edə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" hücumçu ilə maraqlanır. Amma futbolçu Səudiyyə Ərəbistanı və ya Qətər klubuna keçmək istəyir.

"Qırmızı-ağlar" kamerunlunun müqaviləsi bitməmiş onunla ayrılmaq istəmir.

Qeyd edək ki, bu mövsüm Çoupo-Motinq 19 oyun keçirib və 3 qol ilə yadda qalıb.

0