Benzia “Qarabağ”ı tərk etdi - RƏSMİ
11.06.2025 - 21:25
Misli Premyer Liqası təmsilçilərindən "Qarabağ"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Yassin Benzia ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edirdi.
Əlcəzair millisinin üzvü bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
0
0