Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"
06.04.2025 - 19:35
Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"

Misli Premyer Liqasının XXIX turunun "Sabah" - "Kəpəz" matçından (0:1) sonra ev sahiblərinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

- Pis oyun oldu. Əgər meydanda hərəkət etməyəcəyiksə, döyüşməyəcəyiksə, turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda həmişə bu cür nəticələr qeydə alınacaq. Bu tip matçlarda meydanda daha çoxunu etməlisən.

- "Neftçi" ilə matçdan sonra mətbuat konfransını erkən tərk etməklə mətbuata hörmətsizlik etdiyinizi düşünmürsünüz?
- Burada hörmətsizlikdən söhbət gedə bilməz. Bu, futboldur, bəzən belə emosiyalar olur. Bu oyun haqda çoxlu söz-söhbətlər var idi. Bizim keçmiş kapitanımız, hazırda "Neftçi"də çıxış edən Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi.

- "Turan Tovuz"a yaxınlaşmaq imkanını əldən verdiniz...
- Hər oyunda qələbə qazanmalıyıq. Amma bu cür yanaşma ilə çətin olacaq. Bir ayaqla qalib gəlmək olmaz.