Azərbaycan millisi kamandan oxatma üzrə Asiya Kubokunun II mərhələsində iştirak edəcək.
Apasport.az xəbər verir ki, oktyabrın 24-dən 29-dək İraqın Süleymaniyyə şəhərində 2026-cı il Asiya Kubokunun II mərhələsi – Dünya reytinq turniri keçiriləcək.
19 ölkənin təmsilçilərinin qatılacağı yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunacaq. Milli komandanın heyətinə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva daxildir.
İdmançılar açıq havada 70 metr məsafədən klassik yay (recurve) üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.
Qeyd edək ki, Dünya reytinq turniri idmançılar üçün beynəlxalq təcrübə qazanmaq və reytinq xallarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu
- “Formula 1”: Norris mübarizəni dayandırdı